Şriftin ölçüsü :

Saytın rəngi :

Aprel döyüşləri - böyük zəfərin başlanğıcı

05 aprel 2020 | 04:11

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qaldı,  ordumuz  əks-həmlərlə düşmən təxribatların qarşısını aldı.
-Bu, döyüşlər tarizimizə Şanlı Aprel döyüşləri kimi qızıl hərflərlə yazıldı
Azərbaycan Ordusunun qələbəsi ilə nəticələn bu döyüşlər nəticəsindəTərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin  keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı. Bizdə olan məumatlara görə, 320-dən artıq düşmən məhv edildi və 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı. Qarşı tərəfin 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı, Madagiz yaşayış məntəqəsinə yerləşən qərargahı və əsas hərbi hissələri məhv edildi. Ağdərə-Madagiz, Cəbrayıl istiqamətindəki yolların nəzarətdə saxlanılması imkanı əldə edildi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə  əzmini göstərdi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev aprel döyüşlərinə xüsusi önəm verərək, onu şanlı tariximiz adlandırdı:
“Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri göstərdi ki, bizim əsgərlərimiz, zabitlərimiz Vətən uğrunda ölümə getməyə hazırdırlar.”
Bu döyüşlərdə goranboylular da böyük əzm və şücaətlər göstərmişdir. Ordumuzun xüsusi təyinatlısı Bəxtiyar Hüseynov fədakarlıq göstərərək şəhidlik zirvəsinə ucalmış, neçə-neçə Goranboylu gənclər Aprel qazisi kimi şərəfli adı qazanmışlar.
Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusu yaxın gələcəkdə işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad edəcək, Üçrəngli Şanlı Bayrağımız Şuşada, Xankəndində və digər torpaqlarımızda dalğalanacaqdır.
Erməniyə daim kabus yaşatmış Qəhrəman Goranboylular hər zaman Ali Baş Komandanın döyüş əmrini yerinə yetirməyə hazırdır.

 

Keçidlər