Goranboyda 22 iyul-Milli Mətbuat Günü qeyd edildi.
22 iyul 2022 | 15:19
Goranboyda 22 iyul-Milli Mətbuat Günü qeyd edildi.
Goranboy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 22-İyul Milli Mətbuat Günü ilə bağlı, rayon Heydər Əliyev Mərkəzində tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Seymur Nazarov, rayonun bir qrup ziyalıları və ictimai fəalları, müxtəlif kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etdilər. Tədbirdə “22 iyul Milli Mətbuat Günü” münasibəti və rayon İcra Hakimiyyəti ilə əməkdaşlığa görə bir qrup mətbuat nümayəndəsinə rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim edildi.