Şriftin ölçüsü :

Saytın rəngi :

97 saylı Goranboy – Ağdam – Tərtər Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ağalar Vəliyevin seçicilərinə Müraciəti

03 aprel 2020 | 08:11

Hörmətli  seçicilərim!
Sizi, Nazirlər Kabineti yanında Operativ Qərərgahın xüsusi karantin rejiminə əməl edilməsi ilə bağlı tələb və qaydalarına ciddi əməl etməyə çağırıram. Dövlətimizin “Evdə qalın – sağlam qalın” devizinə və tələbinə əməl etməklə, özünüzü, alənizi, ətrafınızdakıları və bütün cəmiyyətimizi qorumuş olursunuz.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz hörmətli Mehriban xanım Əliyevanın bununla bağlı xalqımıza etdikləri müraciətlərdən bu məsələnin nə qədər ciddi olduğu və buna həssas yanaşılmasının zəruriliyi bir daha özünü göstərir.
Koronavirusla mübarizə tədbirləri dövlətimizin gündəlik nəzarəti altındadır, ölkəmizdə kifayət qədər ərzaq təminatı, tələb olunan tibbi ləvazimat və tibbi personal vardır. Təşvişə düşməyə əsas yoxdur, sadəcə dövlətimiz tərəfindən qoyulmuş qaydalara ciddi əməl etmək lazımdır.
Cənab Prezidentin xüsusi tapşırığına əsasən, əhaliyə maddi yardım məqsədi ilə “Sosial paket”in hazırlanması, məhz ölkə başçısının vətəndaşına olan diqqət və qayğısının   təzahürü, daim vətəndaşının yanında olması amalının göstəricisidir.
Əziz seçicilərim!
Koronavirus pandemiyasına qarşı mübarizə ilə bağlı yerlərdə rayon İcra Hakimiyyəti Başçıları yanında Operativ Qərərgahla daim əlaqə saxlanılır, yarana biləcək hər hansı bir problemin dərhal aradan qaldırılması ilə bağlı birgə tədbirlər görürülür.
Mən də bir millət vəkili olaraq daim sizin yanınızdayam, onlayn rejimdə  yerlərdə aidiyyəti qurumlarla, müvafiq məsul şəxslərlə və seçicilərimlə müntəzəm əlaqə saxlayıram.
Bir daha sizləri Operativ Qərərgahın tapşırıq və tövsiyələrinə ciddi əməl etməyə çağırıram, evdə qalaq, sağlam olaq, xalqımızı və dövlətimizi qoruyaq!

 

Keçidlər