Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə, 30 min nəfər əhalinin istifadə etdiyi, 8 kəndi birləşdirən, 38 km Əlirzalı- Rəhimli avtomobil yolunun tikinti işlərinə start verilmişdir.
01 aprel 2020 | 16:00
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə, 30 min nəfər əhalinin istifadə etdiyi, 8 kəndi birləşdirən, 38 km Əlirzalı-Xan Qərvənd-Yeniyol-Təklə-Aşağı Ballıqaya-Tap Qaraqoyunlu-Səfikürd-Rəhimli avtomobil yolunun tikinti işlərinə start verilmişdir. Hazırda Xan Qərvənd kəndi ərazisində tikinti işləri aparılır. Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev tikinti aparılan yerdə oldu, adiyyəti şəxslərə tapşırıqlarını verdi.