Goranboy rayon İcra Hakimiyyəti başçısının “Koronavirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədi ilə rayon Qərargahının yaradılması barədə” 18.03.2020-ci il tarixli 45 nömrəli Sərəncamı
Azərbaycan Respublikası Baş Nazirinin 16 mart 2020-ci il tarixli 1/384 nömrəli məktubunda koronavirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədilə iclasların,müşavirələrin və toplantıların yalnız telefon(selektor) rabitəsi, mobil və internet vasitəsilə keçirilməsinə üstünlük verilməsi, mümkün olduğu halda, əməkdaşların məsafədən işləmələri məsələsinə baxılması, 60 yaşdan yuxarı şəxslərin və öhdəsində azyaşlı uşağı olan qadınların iş davamiyyətinə güzəştli şərtlərin tətbiq edilməsi,işçilərin və onların ailə üzvlərindən birinin qrip,soyuqdəymə,halsızlıq və digər bu kimi halları olduğu təqdirdə həmin işçilərin işə çıxmasının qadağan edilməsi,bütün ezamiyyətlərin dayandırılması və s. tapşırılmış, vətəndaş qəbulu ilə əlaqədar qaydalar müəyyən edilmişdir.
Azərbaycan Respublikası Baş Nazirinin tapşırıqlarının rayonda icrasını təmin etmək məqsədilə
Qərara alıram:
1.Koronavirus infeksiyasına qarşı mübarizənin təşkil edilməsini təmin etmək məqsədi ilə aşağıdakı tərkibdə rayon qərargahı yaradılsın.
Məhərrəm Quliyev-RİH başçısı-Qərargahın sədri.
Ceyhun Həsənov-RİH başçısının birinci müavini.
Mirvari Ağamalıyeva-RİH başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri.
Fuad Məmmədov - Rayon Prokuroru
İlqar Bağırov - DTX rayon şöbəsinin rəisi
Ramin Qədirov- Rayon Polis şöbəsinin rəisi
Eldar Məmmədov- Xocalı rayon Polis şöbəsinin rəisi.
Sərdar Sadıqov-RİH başçısı aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri.
Rüstəm Mehtiyev-RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri.
.
Gündüz Məmmədov-RİHB aparatının Hüquq şöbəsinin müdiri.
Sayad Quliyev -RİHB aparatının Sənədlər və Vətəndaşların müraciətləri ilə iş şöbəsini müdiri.
Səxavət Məmmədov-Rayon Təhsil şöbəsinin müdiri.
Mais Əsgərov-Rayon Statistika idarəsinin rəisi.
Tuqay Sərdarlı-Rayon Qeydiyyat şöbəsinin müdiri.
Rüstəm Budaqov-Rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin direktoru.
Afayət Köçərli-Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru.
Gündüz Hacıyev-Gəncə Regional Mədəniyyət idarəsinin Goranboy rayonu üzrə baş məsləhətçisi.
Mehman Rəhimov- Rayon Qaz İstismarı sahəsinin rəisi.
Seymur Rüstəmov-Rayon Elektrik şəbəkəsinin rəisi.
Ülfət Həsənov-Rayon Su-Kanal sahəsinin rəisi.
2.Rayon qərərgahı öz fəaliyyətini Nazirlər Kabineti yanında Operativ qərargahın tapşırıq və tələblərinə uyğun təşkil etsin.
3.Vətəndaşların müraciətlərinin fasiləsiz qəbulu yalnız aşağıdakı elektron və telefon rabitəsi vasitəsi ilə həyata keçirilsin: mail@goranboy-ih.gov.az goranboyrih@mail.ru, faiq.muradov.82@mail.ru, samir-qocayev@mail.ru tel:24-5-21-51;24-5-10-53.
4. Qərargahın əlaqə nömrələri “Mübariz” qəzetində dərc edilsin.
Məhərrəm Quliyev