Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Goranboy şəhəri, Civəzadə küçəsi, 17 ünvanda inşa edilmiş 5 mərtəbəli, 40 mənzilli yaşayış binası sahiblərinin istifadəsinə verildi.
"Goranboy şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Goranboy şəhəri, Civəzadə küçəsi, 17 ünvanda inşa edilmiş 5 mərtəbəli, 40 mənzilli yaşayış binası sahiblərinin istifadəsinə verildi.
Rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və 40 mənzilli yaşayış binasında mənzillərin püşkatma yolu ilə bölüşdürülməsi ilə əlaqədar yaradılmış müvafiq Komissiyanın üzvlərinin iştirakı ilə, mənzillərin püşkatma yolu ilə bölgüsü aparıldı. Püşkatmaya uyğun olaraq, tam ədalətli şəkildə mənzillər öz sahiblərinə verildi, bununla bağlı müvafiq akt tərtib edildi.
Tədbirdə çıxış edən İcra Başçısı Məhərrəm Quliyev mənzil sahiblərini bayram münasibəti ilə təbrik edərək bu mənzilin Novruz bayramı ərəfəsində, ilaxır çərşənbəsi günü Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Goranboylulara bir bayram hədiyyəsi olduğunu bildirdi.