Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Novruz bayramı münasibəti ilə, Milli Qəhrəman və Şəhid ailələri ilə görüşdü.

18 mart 2020 | 02:24

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı Ağalar Vəliyev Novruz bayramı münasibəti ilə, Qızılhacılı qəsəbəsində Şəhid Milli Qəhrəman Yunis Əliyevin ailəsində oldu. Tədbirdə Milli Qəhrəman Sərxan Ocaqverdiyevin anası Gülzar Ocaqverdiyeva, Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə İsmayılova, Milli Qəhrəman Fikrət Hacıyevin qardaşı Ədalət Hacıyev, Aprel Şəhidi Bəxtiyar Hüseynovun ailə üzvləri, Qarabağ Müharibəsi veteranları və Şəhid ailələri İctimai Birliyinin sədri Orxan Əliyev, Çernobl əlillərin Cəmiyətinin sədri Namiq Məmmədov və ağsaqqallar iştirak etdilər. İcra başçısı və Millət vəkili Milli Qəhrəman Yunis Əliyevin həyat yoldaşı Pakizə Əliyevanı və digər Şəhid ailələrini bayram münasibəti ilə təbrik etdilər. Çay süfrəsi arxasında səmimi söhbət aparıldı

 

Keçidlər