Cənab Prezidentin göstərişi əsasında Goranboy şəhərində inşa edilən Olimpiya Kompleksində tikinti işləri surətlə davam etdirilir.
13 mart 2020 | 07:10
Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev Goranboy şəhər Olimpiya İdman Kompleksinin tikintisində aparılan işlərlə yerində tanış oldu. İcra başçısı burada tikinti işlərini aparan podratçı təşkilatın nümayəndəsi ilə görüşdü, onların qarşılaşa biləcəyi problemlərin yerində həll olunması və aparılan tikinti işlərinin yüksək keyfiyyətlə görülməsi ilə bağlı aidiyyatı məsul şəxslərə tapşırıqlarını verdi.