Goranboy rayon İcra Hakimiyyətinin başçısı, “8 mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə, Milli Qəhrəman ailələri ilə görüşdü, onları təbrik etdi.
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, “8 mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə, rayonun Tatarlı kəndində Milli Qəhrəman Sərxan Ocaqverdiyevin anası Gülzar Ocaqverdiyevanın evində oldu.
İcra başçısı Məhərrəm Quliyev Gülzar xanımı və görüşdə iştirak edən Milli Qəhrəman Niyazi Aslanovun həyat yoldaşı Rübabə xanımı, Milli Qəhrəman Yunis Əliyevin həyat yoldaşı Pakizə xanımı, Qarabağ Müharibəsi veteranı Səkinə Əsgərovanı “8 mart Beynəlxalq Qadınlar Günü” münasibəti ilə təbrik etdi. Tədbirdə kənd ağsaqqalı, rayon Ağsaqqallar Şurası İdarə Heyətinin üzvü Novruz Sadıqov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Orxan Əliyev iştirak etdilər. Çay süfrəsi arxasında səmimi söhbət aparıldı, tort kəsildi, Şəhid anaları və xanımlarının simasında bütün Goranboy xanımlarının bayramları təbrik edildi.