Goranboy rayonunun Fəxralı kəndində səyyar qəbul keçirildi
05 mart 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, rayonun Fəxralı kəndində sakinləri qəbul etdi. İcra Başçısı vətəndaşların problem və müraciətlərini dinləyərək ərazidə həlli vacib məsələlərlə yaxından tanış oldu. Səsləndirilən problem və təkliflərin obyektiv surətdə araşdırılması və həlli ilə bağlı, aidiyyəti üzrə, məsul şəxslərə yerində tapşırıqlar verildi.