Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Xocalı soyqırımının 28-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirildi.

27 fevral 2020 | 06:49

Goranboy rayonunda xocalıların müvəqqəti məskunlaşdığı Yeni yaşayış massivində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş anım mərasimi keçirildi. Tədbirdə Goranboy rayon İcra Hakimiyyətinin başçısı, rayonun digər  rəhbər şəxsləri,  Faciənin canlı şahidləri, Milli Qəhrəmanlar, şəhid ailələri və rayon ictimaiyyəti nümayəndələri iştirak etdilər. Tədbirə rayon mərkəzindən Xocalı Soyqırımı Abidəsi önünədək yürüş aksiyası ilə başlanıldı,  iştirakçılar abidə önünə tər gül  dəstləri qoydular. Tədbirdə çıxış edən Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev Xocalı faciəsinin təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa  və bəşəriyyətə  qarşı yönəlmiş bir qətliam, vandalizm faktı olduğunu bildirdi və bu hadisəyə ilk siyasi-hüquqi qiymətin Umummilli Lider Heydər Əliyev tərəfindən verildiyini qeyd etdi. Tədbirdə rayon Mədəniyyət şöbəsinin aktyorlarının ifasında “Xocalı soyqırımı qurbanlarının xatirəsinə” həsr edilmiş  ədəbi –bədii kompozisiya nümayiş etdirildi.

 

Keçidlər