Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.
24 fevral 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə, 24 fevral 2020-ci il tarixdə Aparat işçilərinin müşavirəsi keçirildi. Müşavirədə ötən həftə ərzində görülmüş işlər, şöbələr üzrə verilmiş tapşırıqlar müzakirə edildi, vətəndaş müraciətlərinə daha həssas yanaşılması və obyektiv araşdırılması məsələlərinin təhlili aparıldı. İcra Başçısı “Xocalı soyqırımının 28-ci ildönümü” ümumrayon tədbirinin keçirilməsi və qarşıda duran digər vəzifələrin icrası ilə bağlı tapşırıqlar verdi.