Goranboy rayonunda növbəti ağacəkmə kampaniyası keçirilib
23 fevral 2020 | 05:05
22 fevral 2020-ci il tarixdə Goranboy rayonu İcra Hakimiyyətinin başçı Məhərrəm Quliyevin təşəbbüsü ilə Qızılhacılı qəsəbəsində yeni salınmış Şəhidlər Xatirə Parkına baxış keçirilmiş və rayon İcra Hakimiyyətinin, rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə Qızılhacılı qəsəbəsində Şəhidlər Xatirə Parkı ərazisində ağacəkmə kampaniyası keçirilmişdir.
Ərazidə Eldar şamı və Sərv ağacı əkilmiş, mövcud yaşıllıqlara aqrotexniki qulluq edilmiş, ərazidə abadlıq işləri aparılmışdır.