Vətəndaşın müraciəti yerində araşdırıldı
22 fevral 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin Başçısı Məhərrəm Quliyev 22 fevral 2020-ci il tarixdə Qızılhacılı qəsəbəsində, qəsəbə sakini Həvilov Kərəm Yusif oğlunu qəbul etdi, o suvarma suyunun verilməsini və pay torpaqlarının suvarılması üçün 1 ədəd subartezian quyusunun qazılmasını xahiş etdi. Vətəndaşın müraciəti ilə bağlı aidiyyəti təşkilatlara müvafiq tapşırıq verildi.