Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı və aidiyyəti dövlət qurumlarının rəhbər şəxsləri Aşağı Ağcakənddə oldular.

23 iyun 2022 | 15:27

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavini Zakir Quliyev, ASC-nin şöbə müdiri Elçin Məmmədov, FHN- nin və  Azərsu ASC- nin məsul əməkdaşları, rayonun digər rəhbər  şəxsləri, aidiyyəti xidmət sahələrinin  rəhbərləri və RİH yanında Fövqəladə Hallar Komissiyasının üzvləri ilə birgə rayonun  güclü leysan yağışları nəticəsində yaranmış seldən fərdi yaşayış evlərinə, təsərrüfatlarına və sosial obyektlərinə ziyan dəymiş Aşağı Ağcakənd və Yuxarı Ağcakənd qəsəbələrində oldular. Seldən zərər çəkmiş fərdi yaşayış evlərinə baxış keçirildi, vətəndaşların problemləri ilə maraqlanıldı, çay və kanalların təmizlənməsi, mövcud  fəsadların aradan qaldırılması, gələcəkdə kollektor-drenaj şəbəkələrinin qurulması ilə bağlı  müzakirələr aparıldı, aidiyyəti üzrə məsul şəxslərə tapşırıq və tövsiyyələr verildi.

Keçidlər