Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.
10 fevral 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyəti başçısının rəhbərliyi ilə, 10 fevral 2020-ci il tarixdə İcra Hakimiyyətində, Aparat işçilərinin müşavirəsi keçirildi. Müşavirədə ötən həftə ərzində görülmüş işlər, şöbələr üzrə verilmiş tapşırıqlar müzakirə edildi, vətəndaş müraciətlərinə daha həssas yanaşılması və obyektiv araşdırılması məsələlərinin təhlili aparıldı. İcra başçısı Xocalı faciəsinin 28-ci il dönümü ilə bağlı ümumrayon tədbirinn hazırlanması, yeni inşa edilmiş Qızılhacılı Şəhidlər Xatirə Kompleksinin açılış tədbirinin qeyd olunması və orada Şəhidlər Xatirə Parkının yaradılması ilə bağlı müvafiq tapşırıqlarını verdi.