Goranboy rayonunun Dəliməmmədli şəhərində səyyar qəbul keçirildi.
04 fevral 2020 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, Dəliməmmədli şəhərində vətəndaşları qəbul etdi. İcra Başçısı vətəndaşların problem və müraciətlərini dinləyərək ərazidə həlli vacib məsələlərlə yaxından tanış oldu.
Səsləndirilən problem və təkliflərin obyektiv surətdə araşdırılması və həlli ilə bağlı, aidiyyəti üzrə məsul şəxslərə yerində lazımı tapşırıqlar verildi.