Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə Goranboy şəhər Olimpiya İdman Kompleksinin tikintisində işlərə başlanılmışdır.
İdman Kompelksində böyük idman arenası, güləş, boks, tennis və şahmat zalları, futbol, voleybol, basketbol meydançaları, üzgüçülük hovuzu, otel, kafe və müxtəlif idman qurğuları ilə təhciz olunmuş otaqlar fəaliyyət göstərəcəkdir. Kompleksin tikintisinin ilin sonunadək yekunlaşdırıması nəzərədə tutulmuşdur. Goranboy rayon İcra Hakimiyyəti başçısı Məhərrəm Quliyev 01 fevral 2020-ci il tarixdə, Goranboy şəhər Olimpiya İdman Kompleksinin tikintisində aparılan işlərlə yerində tanış oldu. İcra başçısı burada tikinti işlərini aparan podratçı təşkilatın nümayəndəsi ilə görüşdü, onların qarşılaşa biləcəyi problemlərin yerində həll olunması və aparılan tikinti işlərinin yüksək keyfiyyətlə görülməsi ilə bağlı aidiyyatı məsul şəxslərə tapşırıqlarını verdi.