Goranboyda Vətən müharibəsi əlilləri ilə növbəti görüş təşkil edildi.
15 iyul 2022 | 11:15
Goranboyda Vətən müharibəsi əlilləri ilə növbəti görüş təşkil edildi.
Goranboy rayonu Gənclər Evində, rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elnur Xəlilov, ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Şaiq Qənbərli və Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin rayon cəmiyyətinin sədri Orxan Əliyevin iştirakı ilə, Vətən müharibəsinin əlilləri ilə növbəti görüş təşkil olundu, onların sosial qayğıları ilə maraqlanıldı.