30 yanvar 2020-ci il tarixdə, Goranboy rayon İcra Hakimiyyəti Başçısı Yanında Şuranın növbəti iclası keçirildi.
Şurada, rayonun idarə, təşkilat və müəssisə rəhbərlərinin, inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələrin, rayon ağsaqqallarının, iş adamlarının və ictimaiyyətin digər nümayəndələrinin iştirakı ilə, “Rayonda kənd təsərrüfatı işlərinin gedişi vəziyyəti barədə”, “Goranboy rayon icra hakimiyyəti başçısı aparatında 2019-cu ildə vətəndaşların müraciətlərinə baxılması vəziyyəti barədə” və “ Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının , Azərbaycan Respublikası Qanunlarının, Nazirlər Kabinetinin Qərarlarının icrası və həmin qanunvericilik aktlarının həyata keçirilməsi sahəsində görülmüş işlər barədə” məsələlər müzakirə edildi.
Şura iclasının sonunda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təltif edilmiş Etibar Əhmədova “3-cü dərəcəli əmək ordeni” və “ Rayonun polis orqanlarında səmərəli fəaliyyətinə görə” Rayonlararası Mühafizə İdarəsinin rəisi Azər Məmmədova Rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanı təqdim edildi.