Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.

27 yanvar 2020 | 16:00

27 yanvar 2020-ci il tarixdə Goranboy rayon İcra Hakimiyyətində İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat işçilərinin müşavirəsi keçirildi. Müşavirədə, həftə ərzində görülmüş işlər və gələn həftə ərzində görüləcək işlərin planlaşdırılması müzakirə edildi, rayon İcra Hakimiyyətinə daxil olmuş vətəndaş müraciətlərinə baxılması, səyyar qəbullarda səsləndirilən məsələlərin araşdırılması və idarə-təşkilatlardan daxil olmuş məktubların cavablandırılması vəziyyəti təhlil edildi. Həmçinin, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə keçirilən hesabat iclaslarının nəticəsi barədə söhbətlər aparıldı, icra başçısı tərəfindən görüləcək işlər ilə bağlı tapşırıqlar verildi.

Keçidlər