20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Goranboy rayonunda anım tədbirləri keçirildi
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Goranboy rayonunda anım tədbirləri keçirildi. Rayon İcra Hakimiyyətinin başçısının, rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin, Milli Qəhrəmanların, Şəhid ailələrinin və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə, rayonun Muzdurlar kəndində 20 Yanvar şəhidi İlqar Kərimovun məzarı ziyarət edildi, qərənfillər qoyuldu və Şəhidin ruhuna dualar oxundu. İcra başçısı Şəhidin ailəsi və kənd ictimaiyyəti ilə görüşdü
Sonra tədbir Goranboy şəhərində ucaldılmış Şəhidlər Xatirə Kompelksində davam etdirildi, Şəhidlərin büstləri önünə qərənfillər düzüldü.
Saat 12:00-da Goranboy şəhər mərkəzində 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu, avtomobillərdən səs siqnalları verildi.