“20 Yanvar Faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə bağlı” Goranboy rayon İcra Hakimiyyətinin tədbirlər planı təsdiq edilmişdir.
08 yanvar 2020 | 06:15
Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbəri cənab Samir Nuriyevin 18 dekabr 2019-cu il tarixli, 161 nömrəli sərəncamı ilə təsdiq edilmiş “20 Yanvar Faciəsinin otuzuncu ildönümünün keçirilməsi ilə bağlı Tədbirlər Planı”na uyğun olaraq Goranboy rayon İcra Hakimiyyətinin Tədbirlər Planı hazırlanmışdır.
Tədbirlər planına uyğun olaraq, rayonun bütün idarə və təşkilatlarında, inzibati ərazi dairəsi üzrə nümayəndəliklərində, ümumtəhsil və mədəni maarif müəssisələrində silsilə tədbirlərin; konfrans, seminar və dəyirmi masaların keçirilməsi nəzərdə tutulmuşdur.