Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti Başçısı Yanında Şuranın növbəti iclası keçirildi.

30 dekabr 2019 | 09:32

29 dekabr 2019-cu il tarixdə, Goranboy rayon İcra Hakimiyyəti Başçısı Yanında Şuranın  növbəti iclası keçirildi. Şura iclasında, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yanında pambıqçılıq mövsümünün yekunları və 2020-ci ildə görüləcək tədbirlərlə bağlı keçirilmiş müşavirədən irəli gələn vəzifələrin Goranboy rayonunda həyata keçirilməsinə dair məsələ, həmçinin, rayon əhalisinin qaz, elektrik enerjisi, içməli su, rabitə xidməti, əmək pensiyaları və müavinətlərin təyinatı və ödənişi, vətəndaşların həqiqi hərbi xidmətə çağırılması barədə cənab Prezidentin sərəncamından irəli gələn məsələlərin icrası, rayonda fəaliyyət göstərən ictimai, siyasi təşkilatlar və kütləvi informasiya vasitələri ilə aparılan işin təşkili, Dini Etiqad Azadlığı haqqında Qanunun tələblərinin icrası və inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə sənədlərlə iş barədə təlimata əməl edilməsi ilə bağlı məsələlər rayonun idarə, müəssisə və ictimai təşkilat rəhbərləri, rayon ağsaqqalları, ziyalılar, yerli sahibkarlar  və  ictimaiyyətin fəalları qarşısında geniş müzakirə edildi.
İcra başçısı cənab Məhərrəm Quliyev müzakirə edilən məsələlərlə bağlı, aidiyyəti məsul şəxslərə öz tapşırıqlarını verdi. Tədbirdə təhsil, mədəniyyət və idman sahəsində qazandığı  nailiyyətlərinə görə, bir neçə rayon fəallarına rayon İcra Hakimiyyəti Başçısının Fəxri Fərmanları təqdim olundu. Tədbirin sonunda Qarabağ müharibəsi veteranları, əlilləri və Şəhid ailələri ictimai birliyi tərəfindən təsis edilmiş "Fədai" medalı rayon İcra Hakimiyyəti Başçısı cənab Məhərrəm Quliyevə təqdim edildi.

 

Keçidlər