Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti başçısı Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, 6-cı Televiziya Muğam Müsabiqəsinin qalibi, həmyerlimiz Nurlan Namazov ilə görüşdü.

19 dekabr 2019 | 07:36

Goranboy rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev, Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən, 2017-ci il, 6-cı Televiziya Muğam Müsabiqəsinin qalibi, həmyerlimiz Nurlan Namazov ilə, 18 dekabr 2019-cu il tarixdə, rayon İcra  Hakimiyyətində görüşdü.
Gənc və istedadlı ifaçı ilə söhbət aparan İcra Başçısı, Azərbaycan xalqının milli sərvəti olan Muğamın mənəvi dəyərimiz kimi qorunub saxlanılmasında,  beynəlxalq miqyasda yüksək  səviyyədə təbliğində,  yeniyetmə və gənclərimiz arasından yeni muğam ifaçılarının üzə çıxarılmasında Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban Xanım Əliyevanın və Heydər Əliyev Fondunun misilsiz xidmətlərini vurğulayaraq bu dəyərli missiyanı yüksək qiymətləndirdi.
Rayonumuzda da muğam sənətinin  gənc istedadlara tədris edilməsi məqsədi ilə, musiqi-incəsənət məktəblərində ustad dərslərin keçirilməsini və bu istiqamətdə  öz bilik və bacarıqlarından istifadə  etməsini, həmçinin rayon ictimaiyyəti qarşısında solo konsertlə çıxış etməsini Nurlan Namazova tövsiyyə edən cənab Məhərrəm Quliyev gənc ifaçıya gələcək yaradıcılıq fəaliyyətində uğurlar arzuladı.

 

Keçidlər