Goranboy rayon İcra Hakimiyyəti başçısı Goranboy şəhərinin Heydər Əliyev prospekti, S.Vurğun və Ü.Hacıbəyov küçələrində aparılan abadlıq işləri ilə tanış oldu.
15 dekabr 2019 | 16:00
Goranboy rayon İcra Hakimiyyəti başçısı Cənab Məhərrəm Quliyev 15 dekabr 2019-cu il tarixdə, Goranboy şəhərinin Heydər Əliyev prospekti, S.Vurğun və Ü.Hacıbəyov küçələrində aparılan abadlıq işləri ilə tanış oldu və burada aparılan işlərin sürətləndirilməsi üçün müvafiq tapşırıqlarını verdi. S.Vurğun küçəsində, 2 mərtəbəli yaşayış binasının abadlaşan nümunəvi həyəti ilə tanış olan İcra Başçısı sakinlərlə də görüşərək onların müraciətlərini dinlədi.
Həmçinin, cənab Məhərrəm Quliyev, aidiyyəti məsul şəxslərlə birgə, ərazidə yerləşən qəzalı vəziyyətdə olan uşaq bağçasının binasına da baxış keçirdi.