Goranboy rayonunun Boluslu kəndində səyyar qəbul keçirildi.
13 dekabr 2019 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə, 13 dekabr 2019-cu il tarixdə rayonun Boluslu inzibati ərazi dairəsi üzrə nümayəndəliyində oldu. Burada Boluslu, Məşədiqaralar, Eyvazlılar kəndləri və Goran qəsəbəsinin sakinləri ilə görüşən İcra Başçısı onların problem və müraciətlərini dinləyərək ərazidə həlli vacib məsələlərlə yaxından tanış oldu.
Səsləndirilən problem və təkliflərin obyektiv surətdə araşdırılması və həlli ilə bağlı, aidiyyəti üzrə məsul şəxslərə yerində lazımı tapşırıqlar verildi.