Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboylular Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini böyük ehtiramla andılar.

12 dekabr 2019 | 16:00

Azərbaycan xalqının böyük oğlu, Ümumilli liderimiz, Dahi Şəxsiyyət Heydər Əlirza oğlu Əliyevin Anım Günü Goranboy rayonunda izdihamla qeyd edildi. Goranboy rayon İcra Hakimiyyəti başçısının, rayonun idarə-təşkilat rəhbərlərinin və kollektivlərinin, Milli Qəhrəman  və şəhid ailələrinin, hərbiçilərimizin, ağsaqqallar və ziyalıların iştirak etdiyi Anim mərasiminə  rayon ictimaiyyətinin 8 mindən artıq nümayəndələri  də qoşuldular.
Anım mərasiminin iştirakçıları tərəfindən Ümummilli Liderin abidəsi önünə tər gül dəstələri qoyularaq Dahi Şəxsiyyətə böyük ehtiram nümayiş etdirildi.  Sonra Heydər Əliyev Mərkəzinə ekskursiya edilərək Ümummilli Liderin həyat və idarəçilik fəaliyyətini əks etdirən eksponantlara baxış keçirildi, xüsusi videoçarx izlənildi. Daha sonra Heydər Əliyevin adına ehsan süfrəsi təşkil olundu.

 

Keçidlər