Goranboy rayon İcra Hakimiyyəti başçısı Fəxralı kənd sakinlərinin problemlərini yerində araşdırdı.
12 dekabr 2019 | 09:06
Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev 11 dekabr 2019-cu il tarixdə Fəxralı kəndində oldu və sakinlərin problem və müraciətlərini yerində araşdırdı. İcra Başçısı sakinlərin elektrik enerjisi, təbii qaz və rabitə xidməti ilə bağlı səsləndirdikləri məsələlərin həlli ilə bağlı aidiyyəti üzrə məsul şəxslərə tapşırıqlarını verdi.