Goranboy rayon İcra Hakimiyyətində seminar-müşavirə keçirildi.
10 dekabr 2019 | 16:00
10 dekabr 2019-cu il tarixdə, Goranboy rayon İcra hakimiyyətində “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması ilə bağlı” seminar-müşavirə keçirildi.Müşavirədə rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev,Kənd Təsərrüfatı nazirinin müavini cənab İlham Quliyev, rayonun aidiyyəti idarə və təşkilat rəhbərləri , inzibati ərazi dairələri üzrə nümayəndə və bələdiyyələri iştirak etmişdir.