Xəmsə Milli İntellektual Oyunu üzrə keçirilən zona yarışında Goranboy məktəbliləri 1-ci yerin qalibi oldu.
05 dekabr 2019 | 16:00
Gənclər və İdman Nazirliyinin və Gənclərin İntellektual İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə, Goranboy rayon Heydər Əliyev Mərkəzində, Xəmsə Milli İntellektual Oyunu üzrə yeniyetmələr arasında 7-ci Azərbaycan çempionatının zona mərhələsi keçirilmişdir.
Yarışda 14 rayonun 16 komandası iştirak etmişdir. Yarışda iştirak edən Goranboy rayonunun “Apokalipsis” komandası 1-ci yerin qalibi olaraq çempionatın final mərhələsinə vəsiqə qazanmışdır.