Şriftin ölçüsü :

Saytın rəngi :

Qızılhacılı qəsəbəsində Şəhidlər Xatirə Kompleksinin tikinti işləri aparılır.

03 dekabr 2019 | 10:13

Goranboy rayon İcra Hakimiyyəti Başçısı Cənab Məhərrəm Quliyevin Qızılhacılı qəsəbəsində vətəndaşlarla keçirdiyi səyyar qəbulu zamanı şəhid ailələri və Qarabağ qaziləri tərəfindən, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə, qəsəbədə “Şəhidlər Xatirə Kompleksi”nin tikilməsi xahiş edilmişdi. Bu müraciət əsasında, İcra Başçısı tərəfindən qəsəbədə Kompleksin tikintisinə başlanılması üçün aidiyyəti məsul şəxslərə tapşırıqlar verilmiş və dərhal işlərə başlanılmışdır.
Aparılan tikinti işləri ilə yerində tanış olmaq üçün İcra başçısı cənab Məhərrəm Quliyev 02 dekabr 2019-cu il tarixdə Qızılhacılı qəsəbəsində oldu və tikinti işlərinin qısa müddətdə və yüksək səviyyədə yekunlaşdırılması ilə bağlı tapşırıqlarını verdi.

 

Keçidlər