Goranboy rayonunda fəaliyyət göstərən uşaq bağçaları ilə bağlı ilk müsabiqə keçirildi
Goranboy rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin “ Rayonun məktəbəqədər təhsil müəssisələrində uşaqların intellektual, fiziki və psixoloji inkişafının öyrənilməsi məqsədi ilə müsabiqələrin keçirilməsi və bununla bağlı münsiflər heyətinin yaradılması” na dair sərəncamına uyğun olaraq, 26 noyabr 2019- cu il tarixdə rayonun Heydər Əliyev Mərkəzində ilk tədbir keçirildi. Tədbirdə uşaq bağçalarında uşaqlarla aparılmış intellektual,fiziki və psixoloji təlim-tərbiyə işi ilə bağlı əyani kompozisiyalar nümayiş etdirildi və münsiflər heyəti tərəfindən qiymətləndirildi.
Münsiflər heyəti və digər tədbir iştirakçıları, belə tədbirlərin keçirilməsinin rayonun ictimai- mədəni həyatında yenilik olduğunu təqdirəlayiq hal kimi qiymətləndirərək uşaq bağçalarının fəaliyyətlərində müsbət istiqamətdə dəyişiliklər yaradacağını vurğuladılar.