Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunun Yeniyol kəndində səyyar qəbul keçirildi.

21 noyabr 2019 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə,  21 noyabr 2019-cu il tarixdə rayonun Yeniyol inzibati ərazi dairəsi üzrə nümayəndəliyində oldu. Burada Yeniyol və Təklə kəndlərinin sakinləri ilə görüşən İcra Başçısı  onların  problem və müraciətlərini dinləyərək ərazidə həlli vacib məsələlərlə yaxından tanış oldu.
Səsləndirilən problem və təkliflərin obyektiv surətdə araşdırılması və həlli ilə bağlı, aidiyyəti üzrə məsul şəxslərə yerində  lazımı tapşırıqlar verildi.

 

Keçidlər