Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunda Dövlət Bayrağı Günü ilə bağlı tədbir keçirildi.

08 noyabr 2019 | 16:00

Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə əlaqədar olaraq, Goranboy rayonunda  rayon İcra Hakimiyyətinin təşəbbüsü və rayon mədəniyyət şöbəsinin təşkilatçılığı ilə, tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı və rayonun digər rəhbər şəxsləri, Milli Qəhrəmanlar, Qarabağ müharibəsinin döyüşçüləri, şəhid ailələri, rayon ağsaqqalları, ziyalılar və gənclər olmaqla,  3 min nəfərə yaxın rayon ictimaiyyətinin nümayəndələri fəal iştirak etdi.
Tədbir ilk olaraq, Goranboy şəhər mərkəzindəki Şəhidlər Xatirə Kompleksində vətənin müdafiəsi  uğrunda canlarını fəda etmiş vətən övladlarının xatirəsini anmaqla başlanıldı. Sonra hərbiçilərimizin və hərbi orkestrin müşaiyyəti ilə, 55  metr ölçüdə olan  Dövlət Bayrağımız Şəhidlər Xatirə Kompleksinin önündən Dövlət Bayrağı Muzeyinin önünə gətirildi. Tədbir iştirakçıları öncə Ümummilli Liderimiz Heydər Əliyevin abidəsi önünə tər güllər qoyaraq, dahi Şəxsiyyətə ehtiramlarını bildirdilər.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev çıxış edərək Dövlət Bayrağı Günü ilə bağlı, rayon ictimaiyyətinə  öz təbriklərini çatdırdı.
Sonra  rayon  mədəniyyət evinin və İncənət Musiqi Məktəbinin bədii kollektivinin və hərbiçilərimizin nümunəvi çıxışları nümayiş etdirildi.
Daha sonra Dövlət Bayrağı Muzeyinə ekskursiya edildi.

 

Keçidlər