Goranboy rayonunda kənd təsərrüfatı işləri uğurla həyata keçirilir.
07 noyabr 2019 | 16:00
Rayonda cari ilin payız mövsümü üçün 22400 hektar sahədə şum işləri həyata keçirilmişdir. Bundan: 800 ha- yonca, 1300 ha- xəsil, 8900 ha- arpa və 6000 ha- buğda olmaqla, artıq 17000 hektar sahədə səpin işləri aparılmışdır. Şum və səpin işləri davam etdirilir.
Bundan başqa rayonda 180 hektar sahədə becərilmiş şəkər çuğunduru məhsulunun da yığımına başlanılmış və bu günədək 1420 ton məhsul yığılmışdır. Yığım uğurla davam etdirilir.