Goranboy rayonunda II Regional Xalçaçılıq Sərgisi keçirildi.
31 oktyabr 2019 | 16:00
31 oktyabr 2019-cu il tarixdə, Goranboy rayonunda 7 rayonun xalçaçılarının iştirakı ilə, “ Tariximiz sirli naxışlarda ” adlı II Regional Xalçaçılıq Sərgisi keçirildi. Sərgidə 150-dən çox xalçaçılıq nümunələri və müxtəlif əl işləri, o cümlədən gəvə, kilim, şəddə, palaz, cecim, xurcun və fərşinlər nümayiş etdirilib.
Sərgidə Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun idarə və təşkilat rəhbərləri, rayon ictimaiyyətinin fəalları iştirak etmişlər.