Goranboyda növbəti ümumrayon iməciliyi keçirildi.
26 oktyabr 2019 | 16:00
Birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın “ Nəsiminin 650 illik yubileyi ilə bağlı ölkəmizdə 650 min ağacın əkilməsi “ təşəbbüsünə uyğun olaraq rayonumuzda oktyabr ayının əvvəlindən start götürmüş “ Goranboyda payız mövsümü üçün 10 min ağacın əkilməsinə hazırlıq işlərinin aparılması.” aksiyası, 26 oktyabr 2019-cu il tarixdə keçirilən ümumrayon iməciliyi ilə davam etdirildi. Bu məqsədlə, əkiləcək ağacların yerlərinin qazılması və su arxlarının çəkilməsi işləri aparıldı.