Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi.

25 oktyabr 2019 | 16:00

25 oktyabr 2019-cu il tarixdə Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın növbəti iclası keçirildi. Şura iclasını giriş sözü ilə açan Goranboy rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyev cari ilin 9 ayı ərzində ölkəmizin sosial-iqtisadi inkişafı yolunda dövlət başçısı cənab İlham Əliyev tərəfindən həyata keçirilən məqsədyönlü və uğurlu layihələrə və əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması istiqamətində aparılan əsaslı işlərə toxunaraq görülən bütün işlərin əsasında insan amilinin önə çəkildiyini qeyd etdi.
Sonra “2019-cu ilin 9 ayı ərzində rayonun sosial-iqtisadi inkişafının yekunları barədə”, “2019-cu ilin aprel-sentyabr aylarında rayon İcra Hakimiyyəti başçısının aparatına daxil olmuş vətəndaş müraciətlərinin təhlili barədə”, “Qızılhacılı, Tap Qaraqoyunlu, Tatarlı və Borsunlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərdə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn vəzifələrin yerinə yetirilməsi vəziyyəti barədə” və “Məktəbəqədər Uşaq müəssisələrində işin tənzimlənməsi, azyaşlı uşaqların təlim-tərbiyə prosesinə və qida təminatına nəzarətin təşkili sahəsində tədbirlərin təşkili” ilə bağlı məruzələr dinlənildi və məruzələr ətrafında geniş müzakirələr aparıldı.

 

Keçidlər