Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq Şəmkir maşın kanalının Goranboy rayonu ərazisində üçüncü növbə çəkilşi işlərinə start verilmişdir.

25 oktyabr 2019 | 06:15

 Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən, Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən Goranboy rayonunda torpaq sahələrinin suvarma suyu ilə təminatının daha da yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi  məqsədi ilə, Şəmkir maşın kanalının üçüncü növbə çəkilşinin aparılması məqsədi ilə  müvafiq sənədləşdirilmə işlərinə başlanılmışdır.

Bununla əlaqədar olaraq Goranboy rayon İcra Hakimiyyəti və Meliorasiya və Su Təsərrüfatı ASC ilə birgə müvafiq torpaqayırma komissiyası yaradılmışdır.

Komissiya və işçi qrupu tərəfindən layihə altına düşən torpaq sahələrinin torpaqayırma sənədlərinin işlənilməsi və həmin torpaq sahələrinin mülkiyyətçiləri ilə  mövcud qanunvericiliyin tələbləri və ictimai maarifləndirmə əsasında söhbətlər aparılacaqdır.

         Möhtərəm Prezident cənab İlham Əliyevin Goranboy rayonuna göstərdiyi bu xüsusi diqqət və qayğısının əməli nəticəsi olaraq, bu proses başa çatdırıldıqdan sonra, rayonda əkinə yararlı torpaq sahələrindən səmərəli istifadə imkanlarının artmasına və kənd təsərrüfatı sektorunun daha da sürətlə inkişafına geniş zəmin yaranacaqdır.

Bununla da əlavə olaraq, rayonun Veyisli, Rəhimli, Şahməmmədli,  Qarasüleymanlı, Səfikürd, Abbasqulular, Nərimanlı, Balakürd, Qızılhacılı, Aşağı Ballıqaya, Yeniyol, Təhlə, Xan Qərvənd və Əlirzalı ərazilərində suvarma suyuna olan tələbatın ödənilməsinə və bu sahədə  mövcud problemlərin maksimum həllinə nail olunacaqdır.

 

 

Keçidlər