Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy şəhərində qəzalı vəziyyətdə olan yaşayış binası sakinləri köçürüldü

24 oktyabr 2019 | 16:00

Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında fəaliyyət göstərən Fövqəladə Hallar Komissiyası, 24 oktybar 2019-cu il tarixdə sakinlərin müraciətləri əsasında, Goranboy şəhəri M.Məhərrəmov küçəsi 14 ünvanında yerləşən və qəzalı vəziyyətdə olan 2 mərtəbəli 12 mənzilli yaşayış binasına baxış keçirmişdir.
Baxış zamanı müəyyən edilmişdir ki, bina həqiqətən yaşayış üçün yararsız və təhlükəli vəziyyətdədir. Sakinlərin həyatları üçün baş verə biləcək təhlükələrin qarşısının əvvəlcədən alınması məqsədi ilə, rayon İcra Hakimiyyəti başçısının tapşırığı  əsasında bina sakinlərinin dərhal köçürülməsi və binanın təcili olaraq təbii qaz, elektrik və içməli su təchizatlarının dayandırılması barədə adiyyəti üzrə göstərişlər verilmişdir.
Mövcud vəziyyətlə bağlı Fövqəladə Hallar Nazirliyinə rəsmi müraciət edilmişdir.

 

Keçidlər