Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda “ Sahibkarların maarifləndirilməsi və maliyyə resusrlarına çıxış imkanlarının artırılması” mövzusunda işgüzar forum keçirildi.

23 oktyabr 2019 | 06:15

Goranboy rayon İcra Hakimiyyəti və İqtisadiyyat Nazirliyinin təşəbbüsü və  İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişaf Fondunun iştirakı ilə, 22 oktyabr 2019-cu il tarixdə, Goranboy rayon Heydər Əliyev Mərkəzində, “ Sahibkarların maarifləndirilməsi və maliyyə resusrlarına çıxış imkanlarının artırılması” mövzusunda işgüzar forum keçirildi.
Forumda Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev və İqtisadiyyat Nazirinin müavini cənab Sahib Məmmədov, Sahibkarlığın İnkişaf Fondunun məsul vəzifəli şəxsləri, yerli sahibkarlar, iş adamları iştirak edirdi.
Təbbirdə dövlətin güzəştli kredit imkanlarından yararlanmaları üçün yerli sahibkarların fikir və təklifləri əsasında qarşılıqlı müzakirələr aparıldı. Sonda bir qrup sahibkarlara güzəştli kreditlərin verilməsi ilə bağlı Sahibkarlığın İnkişaf Fonduna müvafiq sənədlər təqdim edildi.

 

Keçidlər