Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda «Kaskad -Agro» MMC-nin istixanası uğurla fəaliyət göstərir.

19 oktyabr 2019 | 16:00

Goranboy rayon İcra hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev  və Prezident Administrasiyasının məsul işçisi cənab Arif Novruzov 18 oktyabr 2019-cu il tarixdə Qızılhacılı qəsəbəsində fəaliyyət göstərən «Kaskad -Agro» MMC-yə məxsus istixanada oldu.

      Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Regionlara investisiya qoyuluşunun cəlb edilməsi, sənaye zonalarının yaradılması və əhalinin məşğulluğunun artırılması” barədə tapşırığına uyğun olaraq yaradılmış,  Goranboy rayonu Qızılhacılı qəsəbəsi ərazisində fəaliyyət göstərən  «Kaskad -Agro» MMC-yə məxsus İstixananın ümumi sahəsi 5 hektardır. İstixanaya 8,5 milyon manata yaxın vəsait xərclənmiş, 70 nəfər işlə təmin edilmişdir.
     İllik istehsal gücü 1500 ton olan İstixana, məhsullarını, əsasən xarici, qismən də daxili bazara çıxaracaqdır. Burada yetişdirilən məhsullar ekoloji təmizdir, müasir intensiv texnologiyalarla təchiz edilmişdir.
Müəssisə tam olaraq fəaliyyətə düşdükdən sonra  burada 120 nəfər daimi işlə təmin olunacaqdır.

 

Keçidlər