Qızılhacılı qəsəbəsində səyyar qəbul keçirildi.
18 oktyabr 2019 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin Başçısı cənab Məhərrəm Quliyev, rayonun hüquq-mühafizə orqanları və idarə-təşkilat rəhbərləri ilə birgə, 17 oktyabr 2019-cu il tarixində, rayonun Qızılhacılı qəsəbəsində vətəndaşları qəbul etdi. Vətəndaşların problem və təkliflərini dinləyən İcra Başçısı, səsləndirilən məsələlərin araşdırılması və həlli ilə bağlı, aidiyyəti məsul şəxlərə tapşırıqlarını verdi. Qəbulda Prezident Administrasiyasının məsul işçisi cənab Arif Novruzov da iştirak etmişdir.