Goranboyda “Nəsiminin 650 illik yubileyi” böyük təntənə ilə qeyd edildi.
Goranboyda “Nəsiminin 650 illik yubileyi” böyük təntənə ilə qeyd edildi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin “Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyinin Azərbaycan Respublikasında dövlət səviyyəsində geniş qeyd edilməsi” ilə bağlı müvafiq sərəncamına əsasən, 16 oktyabr 2019-cu il tarixdə Goranboy şəhər Mədəniyyət Evində “Nəsiminin 650 illik yubileyi” böyük təntənə ilə qeyd edildi. Tədbiri giriş sözü ilə açan Goranboy rayon İcra Hakimiyyətini başçısı cənab Məhərrəm Quliyev Azərbaycan mədəniyyətində və ədəbiyyatında özünəməxsusluğu ilə seçilən dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 600 illik yubileyinin ilk dəfə Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə ümumittifaq respublikaları səviyyəsində qeyd edildiyini, Nəsimi filminin çəkildiyini və cənab Prezident İlham Əliyev və birinci vitsse-prezident Mehriban xanım Əliyeva tərəfindən də Nəsimi şəxsiyyətinə və yaradıcılığına ehtiram və diqqətin göstərildiyini vurluğadı.
Sonra tədbir rayon Mədəniyyət Evinin və Uşaq İncəsənət Məktəbinin bədii kollektivlərinin və incəsənət ustalarının “Nəsimi yaradıcılığına həsr edilmiş” möhtəşəm konsert proqramı ilə davam etdirildi. İncəsənət ustalarının çıxışları tədbir iştirakçıları tərəfindən maraqla izlənildi və hərarətlə alqışlandı.