Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda şəhid və qazi ailələrinin ziyarətləri davam etdirilir.

08 iyul 2022 | 15:51

Goranboyda şəhid və qazi ailələrinin ziyarətləri davam etdirilir.

 

Azərbaycanın ərazi bütövlüyü uğrunda öz canından keçmiş şəhid ailələrinə, həmçinin müharibə əlillərinə dövlət tərəfindən hər zaman böyük diqqət və qayğı göstərilir. Möhtərəm  Prezident cənab İlham Əliyev və hörmətli Birinci vitse prezident Mehriban xanımın şəhid ailələri və qazilərimizə göstərdiyi  diqqət və qayğıya, onların sosial qayğılarının öyrənilməsi və operativ həlli ilə bağlı verdiyi tapşırıqlara uyğun olaraq, rayonumuzda da əsaslı işlər görülür. Şəhid ailələrinin və Qazilərimizin sosial qayğılarının öyrənilməsi, onların problemlərinin həlli istiqamətində məsələlər xüsusi diqqət mərkəzində saxlanılır.

Goranboy RİH Başçısının müavini Mirvari Ağamalıyeva və  icra hakimiyyətinin digər məsul əməkdaşları yerli icra nümayəndələri ilə birgə,  bu dəfə Buzluq, Nizami və Yolqulular kəndlərində birinci və ikinci Qarabağ müharibəsinin şəhid və qazi ailələrini  öz evlərində ziyarət etdilər, onların sosial qayğıları ilə maraqlandılar.

Keçidlər