Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonu tütün tədarükündə 100 faizdən artıq nəticə göstərmişdir

15 oktyabr 2019 | 16:00

Cari ildə Goranboy rayonunda 8 hektar sahədə tütün məhsulu əkilmiş və əvvəlcədən aparılmış  aqrotexniki hesablamalara əsasən, hər hektara  1-1,5 ton məhsul tədarük ediləcəyi nəzərdə tutulmuşdur.
14 oktyabr 2019-cu il tarixə olan məlumata  əsasən 12 ton 684 kq qurudulmuş tütün məhsulu adiyyəti üzrə tədarük-qəbul məntəqəsinə təhvil verilmişdir. Bu, nəzərdə tutulmuş 100 faizlik nəticədən də yüksək göstəricidir.
Bununla Goranboy rayonu birincilər sırasındadır

Keçidlər