Goranboylu sahibkarların nəzərinə
15 oktyabr 2019 | 16:00
Goranboy rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyininin və Sahibkarlığın İnkişafı Fondunun rəhbər şəxslərinin birgə iştirakı ilə, 22 oktyabr 2019-cu il tarixdə, saat 10:00-da Goranboy rayon Heydər Əliyev Mərkəzində “Sahibkarlarla işgüzar forum” keçiriləcəkdir.
Goranboy rayonunda sahibkarlıqla məşğul olmaq və dövlətin sahibkarlara yaratmış olduğu güzəştli kredit imkanlarından istifadə etmək istəyən sahibkarları tədbirdə iştirak etməyə, rayonumuzun sosial-iqtisadi inkişafı yolunda aparılan genişmiqyaslı layihələrə qoşulmağa və sahibkarlığın inkişafı üçün təkliflərlə çıxış etməyə dəvət edirik.