Goranboy rayon İcra Hakimiyyətində işgüzar görüş keçirildi
11 oktyabr 2019 | 07:15
Goranboy RİH-nin başçısı cənab Məhərrəm Quliyev rayon İcra Hakimiyyətində Beynəlxalq Miqrasiya Təşkilatının nümayəndələrini qəbul etdi. Görüşdə “Kəhrizlərin bərpası vasitəsilə məcburi köçkünlər məskunlaşmış ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi çərçivəsində rayonun Tatarlı və Şəfibəyli kəndlərində kəhrizlərin texniki qiymətləndirməsinin aparılması ilə bağlı müzakirələr aparıldı.