Goranboylu çağırışçılar hərbi xidmətə yola salındı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanına əsasən, “Çağırışçıların həqiqi hərbi xidmətə yola salınması” məqsədi ilə, 10 oktyabr 2019-cu il tarixdə Goranboy rayon Heydər Əliyev Mərkəzi qarşısında izdihamlı ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, rayonun hüquq – mühafizə orqanlarının və idarə - təşkilat rəhbərləri, rayon ağsaqqallları və ziyalıları, Milli Qəhrəman və Şəhid ailələri, Qarabağ müharibəsi iştirakçıları və rayon ictimaiyyətin nümayəndədləri iştirak etmişlər.
Tədbirdə çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş ordu quruculuğunun möhtərəm Prezidentimiz, Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən müasirləşdirilməsi və gücləndirilməsi istiqamətində aparılan uğurlu islahatlarından və Azərbaycan ordusunun şanlı 2016-cı il aprel və 2018-ci il uğurlu Naxçıvan döyüşlərindən söhbət açdı. İcra başçısı və digər çıxış edənlər çağırışçılara xeyir-dua verərək uğurlu xidmət yolu arzuladılar.
Çağırışçılar hərbi marşın sədaları altında Azərbaycanın Dövlət Bayrağına təzim göstərərək və müqəddəs Qurani-Kərim kitabının altından keçərək hərbi xidmətə yola salındılar